Bank Of Baku

Güclü yağışlar nəticəsində Şəki rayonunun bir sıra kəndlərini sel basıb

Güclü yağışlar nəticəsində Şəki rayonunun bir sıra kəndlərini sel basıb
# 28 sentyabr 2009 08:56 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonuna güclü yağış yağıb.
Şəki rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Valeh Ələkbərovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, ötən gündən başlayaraq yağan aramsız və güclü yağışlar rayonun dağ çaylarında suyun səviyyəsinin qalxmasına səbəb olub. Cəfərabad kəndinin ərazisindən axan Dəhnə çayında suyun səviyyəsi qalxması nəticəsində 5 evin həyətinə sel suları daxil olub. Görülən tərbirlər nəticəsində sel sularının digər evlərə dolmasının qarşısı alınıb. İlkin məlumata görə, ötən gecə rayonun dağ kəndi olan Dərəcənnət kəndinə yağan güclü yağış nəticəsində yaranan sel suları kənd sakinlərinin mal-qarasını aparıb. Şəki FHK-nın əməkdaşları hadisə yerinə göndərilib, araşdırma aparıldıqdan sonra sel sularının apardığı mal-qaranın sayı məlum olacaq. Güclü yağışlar nəticəsində rayonun müxtəlif ərazilərində elektirik xətlərində qəza vəziyyəti olduğundan bəzi ərazilərə elektirik enerjisinin verilməsi müvəqqəti dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra elektirik enerjisinin verilməsi bərpa ediləcək.
Ötən gündən başlayaraq yağan aramsız yağışlar Balakən rayonunun dağ çayları olan Mazımçay, Balakən və Katex çaylarında da suyun səviyyəsinin qalxmasına səbəb olub. Balakən rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, ən çox təhlükə Mazımçay çayında yaranıb. Bildirilib ki, aramsız yağışlar yağmaqda davam edərsə rayonun Poçtbinə kəndində ciddi fəsadlar yarana bilər. Mazımçay çayında daşqının qarşısını almaq üçün müfaviq tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR