Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimsəsiz uşaq baxımsızlığının profilaktikasına həsr olunmuş dəyirmi masa keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimsəsiz uşaq baxımsızlığının profilaktikasına həsr olunmuş dəyirmi masa keçirib
# 28 sentyabr 2009 09:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq ili” çərçivəsində Avropa Şurası ekspertlərinin iştirakı ilə “Avropa Şurasının (AŞ) sosial həmrəylik strategiyası kontekstində kimsəsiz uşaq baxımsızlığının profilaktikası və onların sosial reinteqrasiyası” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, AŞ-nın “Avropanın uşaqlar üçün və uşaqlarla qurulması” proqramına Azərbaycan da qoşulub: “Azərbaycanda dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Hazırda uşaq baxımsızlığı ilk növbədə böyük şəhərlərdə, xüsusilə də 3 milyona yaxın Bakıda mövcud sosial problemlərdən biridir. Aparılan tədqiqatların nəticəsinə görə, uşaq baxımsızlığının əsas səbəblərindən biri ailələrdə yaranan psixoloji çətinliklər və valideyn nəzarətinin zəiflənməsidir. Belə ki, Bakıdakı baxımsız uşaqların 40 faizinin ailəsi paytaxtdan kənarda yaşayır”. H. Hüseynovanın sözlərinə görə, baxımsız uşaqlara qarşı zorakılıq faktları da mövcuddur: “Baxımsız uşaqlar təhlükəli küçə mühiti qarşısında müdafiəsiz və ucuz işçi qüvvəsinə, həm də kriminal ünsürlər üçün asan qənimətə çevrilirlər. Görülən işlər nəticəsində 1000-dən artıq uşaq reabilitasiya olunaraq ailələrinə qaytarılıb”.

Avropa Şurasının Sosial Həmrəylik üzrə Direktorluğunun baş direktoru Aleksandr Vladiçenko isə bildirib ki, Avropa Şurasının “Cinsi zorakılıqla bağlı mübarizə konvensiyası”na qoşulan bütün üzv dövlətlər kimi, Azərbaycan da bu problemlə mübarizəyə başlayıb. Yaxın zamanlarda isə Avropa Şurası Nazirlər Kabineti bu problemlə mübarizə üçün fəaliyyət planı qəbul edəcək: “İnanıram ki, Azərbaycan da bu sənədi tövsiyə və fəaliyyət sənədi kimi əsas götürəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR