Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarıq edib
# 28 sentyabr 2009 09:27 (UTC +04:00)
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 15-17, axşam 12-14 dərəcə isti olacaq.

Sentyabrın 29-da havanın buludlu olacağı, yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimal olunur. Gündüz yağış tədricən kəsiləcək, günün ikinci yarısında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 11-13 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq.

Sentyabrın 30-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 20-23 dərəcə isti olacaq. Oktyabrın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi əsəcək,
gündüz arabir 18-23 m/s-dək güclənəcək. Gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 29-da yağış yağacağı, bəzi yerlərdə leysan intensiv xarakterli olacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s-lə əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 16-20 dərəcə, dağlarda gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.

Sentyabrın 30-da, oktyabrın 1-də yağış yağacağı gözlənilir. Sentyabrın 30-da gecə bəzi şərq rayonlarında yağışın intensiv olacağı ehtimalı var, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcək, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 1-də axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Hidrometeoroloqlar gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq da ediblər: qeyri-sabit, yağışlı hava şəraiti sentyabrın 30-da gündüzədək davam edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən isə yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR