Bank Of Baku

Azərbaycanın Masallı rayonunun 20-dən çox yaşayış məntəqəsi sel suları altında qalıb

Azərbaycanın Masallı rayonunun 20-dən çox yaşayış məntəqəsi sel suları altında qalıb
# 28 sentyabr 2009 09:51 (UTC +04:00)
Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Nadir Abıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, çayların məcrasından çıxması nəticəsində rayonun Bambaşı, Qızılavar, Türkoba, Bədəlan, Mollaoba kəndləri, ümumilikdə isə 20-dək yaşayış məntəqəsi suyun altında qalıb. Ağır texnikanın köməyi ilə əhali evlərindən evakuasiya olunaraq qohumlarının yanına köçürülüb. Sel suları yerli sakinlərin şəxsi təsərrüfatına da ciddi ziyan vurub. Yüz hektarlarla əkin sahəsi, ot tayaları, ev əşyaları suyun altında qalıb. Leysan yağışları rayonun elektrik və rabitə təsərrüfatları üçün də ciddi problemlər yaradıb. Çoxlu sayda elektrik dirəyi aşdığından hazırda rayonun 5 ərazi icra nümayəndəliyinə daxil olan kəndlər işıqsız qalıb. Telefon rabitəsində də problemlər mövcuddur. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri selin ziyan vurduğu yerlərə baxış keçiriblər. Əraziyə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün hazırda müvafiq tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR