Bank Of Baku

Azərbaycanda havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın həcmi 36% artırılıb

Azərbaycanda havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın həcmi 36% artırılıb
# 28 sentyabr 2009 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi ölkədə son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən sutkalıq təbii qazın həcmini 36% artırıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, əhaliyə verilən sutkalıq təbii qazın miqdarı artırılaraq 6,8 mln. kubmetrə çatdırılıb. Hazırda təbii qazın 4 mln. kubmetri Bakı şəhərinə, qalan 2,8 mln. kubmetri isə regionlara nəql edilir.

Qeyd edək ki, yay günlərdə əhaliyə verilən təbii qazın miqdarı təxminən 5 mln. kubmetr təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR