Bank Of Baku

Azərbaycanın əksər çaylarında sululuq artıb

Azərbaycanın əksər çaylarında sululuq artıb
# 28 sentyabr 2009 12:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sentyabrının 27-də gün ərzində, 27-dən 28-nə keçən gecə və səhərədək yağan leysan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Vəşəruçayın Daşdatük məntəqəsində suyun səviyyəsi 61, Viləşçayın Şıxlar məntəqəsində 56, Lənkərançayın Lənkəran məntəqəsində 80, Sifidor məntəqəsində isə 43 sm qalxıb.
Böyük Qafqazın Balakən-Şəki-Oğuz-Qəbələ bölgələrinin ərazisindən axan Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Qaraçay, Kürmüçay, Hamamçay, Başdaşağılçay, Şinçay, Kişçay, Əyriçay, Küngütçay, Zəyzitçay, Dəhnəçay, Əlicançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və Türyançaydan da qısamüddətli daşqınlar keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR