Bank Of Baku

Azərbaycanın şimal bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür

Azərbaycanın şimal bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür
# 28 sentyabr 2009 12:26 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Ötən gündən etibarən Azərbaycanın şimal bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. APA-nın şimal bürosunun xəbərinə görə, uzunmüddətli leysan yağışlarının yağması nəticəsində bölgədən keçən dağ çaylarında suyun həcmi kəskin şəkildə artıb. Quba rayonunda Alpançayın daşması bir neçə ucqar yaşayış məntəqəsinin yolunu bağlayıb. Alpan kənd sakinlərinin dediyinə görə, sahilboyu əkin sahələrinin bir hissəsini çay yuyub aparıb. Güclü su axını indi də evlərə doğru istiqamət götürüb. Çayın üzərindəki köhnə körpüdən isə əsər-əlamət qalmayıb. Rayon mərkəzinə getmək istəyən qarşı sahildəki Susay, Kürkün, Gərək, Uzunmeşə kimi ucqar kəndlərin sakinləri artıq beş gündür ki, çayı keçə bilmir. Çayın yolu bağlamasından ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Bir neçə kilometr məsafəni qət edərək Alpan kəndindəki yeganə orta məktəbə gedən uşaqların heç də hamısı cürət edib çayı keçə bilmir. Sözügedən kəndlərə bu gün bir neçə atla ərzaq göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR