Bank Of Baku

Hacıqabula yağan leysan yağışlar 1500 evə ziyan vurub

Hacıqabula yağan leysan yağışlar 1500 evə ziyan vurub
# 28 sentyabr 2009 12:50 (UTC +04:00)
Hacıqabul. Əlibәy Zeynallı-APA. Azərbaycanın Hacıqabul rayonunda sel sularından 1500 evə ziyan dəyib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov məlumat verib. Onun bildirdiyinə görə, baş vermiş təbii fəlakət nəticəsində rayon mərkəzində və Nəvahi kəndi ərazisində 1500 ev ziyan çəkib. 51 ev uçub ki, bunlardan altısı rayon mərkəzində, digərləri Nəvahi kəndinin və Nəvahı stansiyasının ərazisində yerləşir. Rayon mərkəzində aparılmış quruculuq işlərinə və kommunikasiya xətlərinə isə bir milyon manat dəyərində ziyan dəydiyi bildirilib. Fərdi yaşayış evlərinə dəyən ziyanın ümumi miqdarı yaradılmış komissiyanın mütəxəssisləri tərəfindən hesablanır. Hər birində 5 nəfər olmaqla yaradılan iki briqada ziyan çəkmiş bütün fərdi evlərdə aktlar tərtib edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR