Bank Of Baku

«Iteca Caspian» şirkəti Bakıda ekoloji aksiya keçirib

«Iteca Caspian» şirkəti Bakıda ekoloji aksiya keçirib
# 28 sentyabr 2009 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə XV Azərbaycan Beynəlxalq İnşaat Sərgisinə həsr olunmuş («BakuBuild-2009») ekoloji aksiya keçirilib.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Quşlara rahatlıq və istilik gətirək» adlı ekoloji aksiyanın keçirilməsində məqsəd gənc nəslə təbiətə qayğıkeş yanaşmağı öyrətmək, əhalidə ekologiyaya, ətraf mühitin qorunub saxlanmasına pozitiv yanaşmanın formalaşmasına yardım göstərməkdir. Aksiyada 30-dan çox quş yuvası toplanaraq quraşdırılıb.

Qeyd edək ki, hazırda dünyada 9 min quş növü mövcuddur. Onlardan 366 növü Azərbaycanda məskunlaşıb. Azərbaycandakı quş növlərinin ümumi sayından 36-sı nadir növlərə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR