Bank Of Baku

Bakı şəhər Baş Polis İdarəsi vətəndaşların qəbulu, ərizə və şikayətlərin araşdırılması istiqamətində xüsusi tədbirlər həyata keçirir

Bakı şəhər Baş Polis İdarəsi vətəndaşların qəbulu, ərizə və şikayətlərin araşdırılması istiqamətində xüsusi tədbirlər həyata keçirir
# 28 sentyabr 2009 13:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi vətəndaşların qəbulu, ərizə və şikayətlərin araşdırılması istiqamətində xüsusi tədbirlər həyata keçirir. Bu barədə APA-ya BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ölkədə həyata keçirilən sosial siyasətə, Daxili İşlər Nazirliyinin əmr və göstərişlərinə uyğun olaraq, BŞBPİ-nin rəhbərliyi əhalidən gələn ərizələrin və məktubların öyrənilməsi, vətəndaşların qəbulunun keçirilməsi, şikayət və təkliflərinin dinlənilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. İdarəyə daxil olan ərizə və müraciətlərə qanunla müəyyən edilən müddətdə baxılaraq müvafiq tədbirlər həyata keçirilir. BŞBPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov, Baş İdarə rəisinin müavinləri və aidiyyəti xidmət sahələrinin rəisləri hər gün saat 18.00-dan (şənbə günləri 17.00-dan) sonra vətəndaşları qəbul edir və paytaxt polisinin işi ilə əlaqədar şikayət və təklifləri öyrənir. Mümkün olan məsələlər yerindəcə həll olunur, vaxt tələb edənlər isə nəzarətə götürülür.
Mətbuat xidmətinin məlumatında həmçinin bildirilir ki, vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması BŞBPİ-nin Yusif Səfərov küçəsində yerləşən (Xətai metrosu, Neftçilər xəstəxanasının yanı) yeni binasında həyata keçirilir.
Vətəndaşlardan əlavə məlumat almaq üçün 590-91-24 (katiblik), 590-96-15 (növbətçi hissə) nömrələrinə zəng etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR