Bank Of Baku

Elmira Süleymanova Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin konfransında iştirak edib

Elmira Süleymanova Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin konfransında iştirak edib
# 28 sentyabr 2009 15:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) Parisdə keçirilən 13-cü illik konfransında iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransa 25 ölkənin 50-dən çox ombudsmanı və onların əməkdaşları, müxtəlif beynəlxalq təşkilatların və uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin nümayəndələri qatılıblar. E. Süleymanova çıxışında Azərbaycanda uşaq hüquqları sahəsində aparılan islahatlar, de-institutlaşma proqramının həyata keçirilməsi, yuvenal ədliyyə sistemi, uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində atılan addımlar, qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər haqqında məlumat verib. Avropa Şurasının “Avropanı uşaqlar üçün və uşaqlarla birlikdə quraq” proqramının rəhbəri Elda Moreno yaxın zamanda uşaq hüquqlarına dair Avropa Şurasının yeni strategiyasının qəbul ediləcəyini, uşaqlara qarşı zorakılığın aradan qaldırılmasının əsas prioritetlərdən olacağını bildirib.
Avropa Komissiyasının vitse-prezidenti Jak Barrot isə uşaq hüquqlarının müdafiəsi sahəsində Avropa Birliyinin prioritetləri haqda məlumat verib. E. Süleymanova keçmiş Sovet İttifaqı ölkələrinin xüsusiyyətlərini nəzərə alınmasının və layihələrin buna uyğun həyata keçirilməsinin vacibliyini J. Barrotun diqqətinə çatdırıb. J. Barrot bununla razılaşaraq qeyd olunanların gələcək layihələrdə nəzərə alınacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR