Bank Of Baku

Lənkəranda Şirvan və Hacıqabul uşaqları üçün düşərgə açılıb

Lənkəranda Şirvan və Hacıqabul uşaqları üçün düşərgə açılıb
# 28 sentyabr 2009 18:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi (İB) BMT-nin Uşaq Fondunun (UNİCEF-in) Azərbaycandakı nümayəndəliyi ilə birlikdə Şirvan şəhəri və Hacıqabul rayonunda “HİV/QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizədə uşaq və gənclərin iştirakının artırılması” adlı layihənin icrasına başlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, qarşıya qoyulan məqsədə nail olmaq üçün layihə çərçivəsində sözügedən regionların hərəsindən 12 uşaq və gəncin iştirakı ilə sentyabrın 27-də Lənkəranın “Palıdlı Sahil” İstirahət Mərkəzində “Sağlam gənclik - sağlam gələcək” devizi altında düşərgənin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin deputatı Hadı Rəcəbli, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Böyük Britaniyanın İdman Şurasının (UK Sport) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mehman Kərimov və digərləri iştirak ediblər.

Layihənin rəhbəri Vüsal Mirzəyevin dediyinə görə, bir həftə davam edəcək düşərgənin təşkilində məqsəd uşaq və gənclərin, xüsusilə qızların HİV/QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklərdən qorunmaqda məlumatlılığının artırılmasına nail olmaq və onların idmanla məşğul olmasını təşviq etməkdən ibarətdir: “Düşərgədən qayıtdıqdan sonra bu uşaq və gənclərin birbaşa iştirakı ilə Şirvan və Hacıqabulda idman festivalı keçiriləcək, burada HİV/QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklər və onlardan qorunmağın yolları barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR