Bank Of Baku

Hacıqabul, Şirvan və Salyanda yeni hidrotexniki qurğuların tikintisinə ehtiyac var

Hacıqabul, Şirvan və Salyanda yeni hidrotexniki qurğuların tikintisinə ehtiyac var
# 28 sentyabr 2009 21:38 (UTC +04:00)
Şirvan-Hacıqabul-Salyan. Əlibәy Zeynallı - APA. Hacıqabul, Şirvan və Salyan rayonlarında kanalizasiya və sel sularının ötürülməsi üçün hidrotexniki qurğuların tikintisinə ehtiyac var.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu mütəxəssis rəyləri və bölgədə fəaliyyət göstərən QHT-lərin araşdırmasının nəticələri ortaya çıxarıb. Araşdırmalardan məlum olub ki, Hacıqabul rayon mərkəzində, ümumiyyətlə, kanalizasiya sistemi mövcud deyil. Sadəcə, rayon mərkəzinin yollarının kənarlarında açıq tipli, az həcmdə suötürmə gücü olan primitiv kanallar mövcuddur. Rayon mərkəzi çökəkdə yerləşdiyi üçün güclü yağışlar zamanı onu əhatə edən dağların sel sularından müdafiə edəcək qoruyucu suötürən bənd və kanalların tikintisinə ehtiyac var. Əks halda, gələcəkdə analoji təbii fəlakətin baş verməsi qaçılmazdır.

Salyan rayonunda da eyni problemlər mövcuddur. Salyan rayonunda fəaliyyət göstərən «Demokratiyaya Yardım» İctimai Birliyinin sədri Emil Məmmədlinin dediyinə görə, əvvəllər mövcud olmuş drenaj sistemlərinin üzərində aparılmış şəxsi tikintilər bu sistemləri sıradan çıxardığı üçün adi yağışlar zamanı da sel sularının çəkilməsində maneələr yaranır.

Sənaye şəhəri olan Şirvan şəhərində isə kanalizasiya sistemi olsa da, şəhər ərazisi böyüdüyündən onun yenidən qurulmasına ehtiyac duyulur. Şəhər icra hakimiyyətindən bildirilib ki, bu məqsədlə 45 mln. manat vəsait ayrılıb və bu yaxınlarda kanalizasiya sisteminin tikintisinə başlanacaq. Ümumilikdə bölgədə nəqliyyat və dəmir yollarının altından keçən iri diametrli kanalizasiya borularının əksəriyyəti torpaqla örtüldüyü və yaxud hansısa tikililərlə sıradan çıxarıldığı səbəbindən sel sularının yolları bağlanıb. Bu da güclü yağışlar zamanı sel sularının çəkilməsində çətinliklər yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR