Bank Of Baku

Avropa Komissiyası Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün alternativ xidmətlərin yaradılması məqsədilə 640 min avro ayırıb

Avropa Komissiyası Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün alternativ xidmətlərin yaradılması məqsədilə 640 min avro ayırıb
# 29 sentyabr 2009 10:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrinin transformasiyası üzrə baş plana əsasən yetim və valideyn himayəsindən məhrum uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün ailəni əvəz edən alternativ xidmətlərin (övladlıq, qəyyumluq və himayədarlıq, ailə tipli kiçik qrup evlər) yaradılması nəzərdə tutulub. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə Avstriyanın “Hilfswerk” təşkilatı ilə birgə hazırlanan layihə Avropa Komissiyası tərəfindən qəbul edilib və layihənin reallaşdırılması üçün 640.770 avro məbləğində vəsait ayrılıb. Layihə çərçivəsində Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması mexanizmləri qurulacaq, himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirilməsi mexanizmləri hazırlanacaq. Bununla yanaşı, layihənin icra müddəti ərzində himayədar ailə olmaq üçün müraciət edən namizədlər arasından seçiləcək 50 ailə üçün treninqlərin təşkili nəzərdə tutulub.

Layihəyə uyğun olaraq övladlığa və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınması, onların müdafiəsinin həyata keçirilməsi üçün 25 sosial işçinin hazırlanması da planlaşdırılır. Layihəyə cəlb ediləcək psixoloqlar və sosial işçilər ailə və uşaqların adaptasiyası üçün müvafiq işlər aparacaq. Bu məqsədlə ”Hilfswerk” təşkilatının Şərqi Avropa və Qafqaz üzrə əlaqələndiricisi Əzizbəyov və Suraxanı rayonlarındakı internat məktəblərdə olub, müəssisələrin müəllim heyəti və rəhbərliyi ilə görüşlər keçirib.

Layihə 3 il davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR