Bank Of Baku

Son beş ildə Azərbaycanda 300 səhiyyə müəssisəsi yenidən qurulub

Son beş ildə Azərbaycanda 300 səhiyyə müəssisəsi yenidən qurulub
# 29 sentyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səhiyyə Nazirliyi və Türkiyənin “Akgün Yazılım” şirkətinin təşkilatçılığı ilə “Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda Azərbaycan, Türkiyə və Ukraynadan mütəxəssislər iştirak edib. Səhiyyə nasirinin müavini Elsevər Ağayev bildirib ki, son beş ildə Azərbaycanda 300 səhiyyə müəssisəsi yenidən qurulub və müasir avadanlıqlarla təchiz olunub: “Artıq Səhiyyə Nazirliyinin mərkəzi aparatının regionlarla əlaqələri də elektron poçt vasitəsilə həyata keçirilir. Klinik Tibbi Mərkəzin təcili yardım xidmətinin dispetçer məntəqəsi də yenidən qurulub və ora iki fibrooptik kabel quraşdırılıb. Bunun vasitəsilə daha operativ təcili yardım xidməti göstərmək mümkündür. Dərmanların keyfiyyətinə nəzarət üzrə də proqram təminatı hazırlanıb”.
Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komissiyasının sədri Cevdet Erdöl isə bildirib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində artıq Türkiyədə hər bir kəsin sağlamlığı ilə bağlı bütün məlumatlar elektronlaşıb. Bu məlumatlarda vətəndaşların hansı xəstəlikləri keçirməsi, hansı xəstəxanalarda hansı müalicələri alması kimi məlumatlar da yerləşdirilir. Bunun sayəsində də vətəndaşlara daha keyfiyyətli tibbi xidmət göstərmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR