Bank Of Baku

Son iki ildə 160 min yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib

Son iki ildə 160 min yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib
# 29 sentyabr 2009 10:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Son 2 ildə Azərbaycanda 160 min yeni doğulmuş körpəyə elektron sağlamlıq kartı verilib. APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, 2005-ci ildə qəbul olunmuş “Elektron Azərbaycan” Dövlət Proqramında səhiyyə ilə bağlı nəzərdə tutulan müddəaların reallaşdırılması ilə bağlı da işlər görülüb: “Artıq Səhiyyə Nazirliyinin Sağlamlıq Monitorinqi üzrə Milli Mərkəzi və müxtəlif elektron registrlər yaradılıb. Hazırda Səhiyyə Nazirliyinin nəzdində yeddi elektron registr fəaliyyət göstərir. Bunlar doğum, ölüm, ternatal ölüm, bir sıra xəstəliklər - şəkərli diabet, onkoloji, böyrək çatışmazlığı ilə bağlı registrlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR