Bank Of Baku

Tarixi və mədəniyyət abidələrinin yerləşdiyi yerləri göstərən yol nişanları quraşdırılacaq

Tarixi və mədəniyyət abidələrinin yerləşdiyi yerləri göstərən yol nişanları quraşdırılacaq
# 29 sentyabr 2009 11:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın regionlarında, eləcə də paytaxt Bakıda tarixi və mədəniyyət abidələrinin yerləşdiyi yerləri göstərən yol nişanları quraşdırılacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. O, yol nişanlarında tarixi və mədəniyyət abidələrin yerləşdiyi yerlərin qeyd olunmamasını ciddi qüsur kimi qiymətləndirib: “Bu problemin aradan qaldırılması üçün çalışırıq. Nazirlər Kabineti tərəfindən təqdim olunan Dövlət Proqramında yol nişanları haqqında xüsusi bənd yer alıb. Həmin bəndə əsasən yeni yol nişanlarının hazırlanması prosesinə başlanacaq və yol nişanlarında tarixi və mədəniyyət abidələrinin yerləşdiyi yer xüsusi qeyd olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR