Bank Of Baku

Ötən ilin buraxılış imtahanlarının statistik göstəriciləri Təhsil Nazirliyinin kollegiya iclasında müzakirə olunacaq

Ötən ilin buraxılış imtahanlarının statistik göstəriciləri Təhsil Nazirliyinin kollegiya iclasında müzakirə olunacaq
# 29 sentyabr 2009 13:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il orta ümumtəhsil məktəblərində mərkəzləşmiş buraxılış imtahanları 11-ci siniflərlə yanaşı, 9-cu siniflər üzrə də keçiriləcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva məlumat verib. O, ötən tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanlarının hər məktəb üzrə fərdi qaydada keçirildiyini, bu il isə 9-cu sinifi bitirən şagirdlərin ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanlarını mərkəzləşmiş qaydada verəcəklərini söyləyib.

T. Hacıyevanın sözlərinə görə, nazirlik 2009-2010-cu tədris ili üçün mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı regionlar üzrə təlimat işlərinə oktyabrın əvvəllərində başlayacaq. Gələn ayın sonlarında ötən ilin buraxılış imtahanlarının statistik göstəriciləri nazirliyin kollegiya iclasında müzakirə olunacaq. Buraxılış imtahanları haqqında geniş analitik təhlil isə dekabr ayında təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR