Bank Of Baku

Lənkəranda IV Respublika bədii qiraət müsabiqəsinə start verilib

Lənkəranda IV Respublika bədii qiraət müsabiqəsinə start verilib
# 29 sentyabr 2009 20:31 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Respublika Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş IV Respublika bədii qiraət müsabiqəsinə start verilib.

APA-nın cənub bürosunun məlumatına görə, müsabiqəyə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 18-30 yaşlı 100-dən çox gənc oğlan və qız qatılıb. Üç gün davam edəcək bu sənət yarışmasında birinci yerin qalibinə I dərəcəli diplom və 500 manat, ikinci yerin qalibinə II dərəcəli diplom və 300 manat, üçüncü yerin qalibinə isə III dərəcəli diplom və 250 manat məbləğində pul mükafatı veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR