Bank Of Baku

“British Council” Con Smit Təqaüd Proqramı üçün qəbul elan edib

“British Council” Con Smit Təqaüd Proqramı üçün qəbul elan edib
# 29 sentyabr 2009 19:48 (UTC +04:00)
Bakı – APA. “British Council” 2010-cu il üçün Con Smit Təqaüd Proqramı üçün qəbul elan edib. “British Council”-dən APA-ya verilən məlumata görə, uğurlu namizədlər üçün ingilis dilinin minimum səviyyəsi İELTS 6.0 baldır. Müsahibədən keçmiş namizədlərin seçim prosesinin son mərhələsində İELTS imtahanının verilməsi tələb oluna bilər.
Təqaüdün məqsədi Böyük Britaniyada keçiriləcək beş həftəlik proqramda yaxşı idarəçilik anlayışını möhkəmləndirmək və demokratik cəmiyyətdə çalışan təşkilatların işini göstərməkdir. İdeal namizədlər 25-40 yaşlı, siyasi sahədə, yerli idarəetmədə, media və ya vətəndaş cəmiyyətində çalışan, demokratik dəyərləri və yaxşı idarəetməni inkişaf etdirməkdə marağı olan şəxslərdir.
Sənədlərin qəbulu üçün son tarix 9 Noyabr 2009-cu ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR