Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb
# 30 sentyabr 2009 07:26 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 14-27 sentyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 göstəriş verilib. Ümumilikdə 7 iş üzrə 11100 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 4 iş üzrə 860, 36 manat məbləğində iddia qaldırılıb.
Yerin təkinin mühafizəsi sahəsində 4 protokol tərtib olunub və 1 iş üzrə 3000 manat məbləğində cərimə tətbiq edilib.
Atmosfer havasının mühafizəsi ilə bağlı 3 akt tərtib olunub.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 5 akt və protokol tərtib olunub, 4 iş üzrə 6500 manat məbləğində cərimə tətbiq edilib.
Su ehtiyatları üzrə 1 məcburi göstəriş verilib.
Floranın mühafizəsi sahəsində 1 akt tərtib olunub və 2 iş üzrə 1600 manat məbləğində cərimə tətbiq edilib və 4 iş üzrə 860,36 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR