Bank Of Baku

Hacıqabulda seldən zərərçəkənlərə yardım göstərmək üçün Qızıl Aypara Cəmiyyətinə 120 min dollar yardım ayrılıb

Hacıqabulda seldən zərərçəkənlərə yardım göstərmək üçün Qızıl Aypara Cəmiyyətinə 120 min dollar yardım ayrılıb
# 30 sentyabr 2009 07:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyanın Fövqəladə Hallarda Təxirəsalınmaz Yardım Fondu (DREF) Qızıl Aypara Cəmiyyətinə Azərbaycanın Hacıqabul rayonunda seldən zərər çəkmiş insanlara yardım göstərmək üçün 120 977 ABŞ dolları (82 665 avro) yardım ayırıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə DREF məlumat yayıb.

Məlumatda bildirilir ki, ayrılmış vəsait sentyabrın 21-də leysan nəticəsində zərər çəkmiş Hacıqabul rayon sakinləri üçün nəzərdə tutulur. Bu vəsait hesabına Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nəvahi kəndində 300 ailəyə (1200 şəxs) qida və qeyri-ərzaq yardımları göstərəcək. Yardımlar iki ay - dekabrın 1-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR