Bank Of Baku

Güclü yağışlar Azərbaycanın Xaçmaz rayonuna ciddi ziyan vurub

Güclü yağışlar Azərbaycanın Xaçmaz rayonuna ciddi ziyan vurub
# 30 sentyabr 2009 08:33 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. İntensiv leysan yağışlarla bağlı çaylarda suyun artması nəticəsində Xaçmaz rayonunun bir neçə yaşayış məntəqəsini sel basıb. APA-nın şimal bürosunun xəbərinə görə, ötən axşam Qaraçay, Ağçay və Alpançayın daşması nəticəsində rayonun düzənlik ərazilərində min hektar təsərrüfat sahəsi yarasız hala düşüb. Sel Qaraçay, İlxıçı və Qarğalıq kəndlərində sel əhaliyə ciddi ziyan vurub. Güclü sel Qarğalıq kəndində on evi tamamilə yararsız hala salıb. Gecə saatlarından səhərədək ərazidə Fövqəladə Hallar Nazirliyinin, eləcə də Xaçmaz rayonunun müvafiq idarələrinin texnikası selin istiqamətinin dəyişdirilməsi, insanların xilas edilməsi üçün fəaliyyət göstərib. Əraziyə, eləcə də evlərə dolan su nasoslarla çəkilib. Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının üzvü Rafiq Tağıyevin APA-ya verdiyi məlumata görə, kəndin sel sularından xilas edilməsi, həmçinin evi yararsız hala düşən 10 ailənin başqa evlərdə məskunlaşdırılması ilə bağlı hazırda müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, güclü sel və leysan yağışları rayonun elektrik və rabitə sisteminə də ziyan vurub. Hazırda dəyən ziyanın aradan qaldırılması ilə bağlı işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR