Bank Of Baku

“Mədəniyyətlərarası dialoq. Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi» layihəsinə start verilib

“Mədəniyyətlərarası dialoq. Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi» layihəsinə start verilib
# 30 sentyabr 2009 09:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Mədəniyyətlərarası dialoq. Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi” layihəsinə start verilib. APA-nın məlumatına görə, bu gün Bakı Slavyan Universitetində (BSU) bu universitetin, Almaniyanın Maynts Universiteti və Osvald fon Volkenştayn Cəmiyyətinin birgə həyata keçirəcəyi “Mədəniyyətlərarası dialoq. Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi” layihəsi çərçivəsində birinci beynəlxalq simpozium işə başlayıb. BSU-nun rektoru Kamal Abdulla bildirib ki, bu layihə 5 il davam edəcək. Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina universitetlər arasında əməkdaşlığın xüsusi prioritetə malik olduğunu qeyd edib. O Almaniyada çox sayda azərbaycanlı tələbənin təhsil aldığını, amma Azərbaycanla maraqlanan alman tələbələrin sayı çox azdır, belə layihələrin həyata keçməsi Azərbaycana olan marağı artıracaq: “Kitabi-Dədə Qorqud”un hazırda ikinci dəfə alman dilinə tərcümə olunduğunu söyləyən səfir, Azərbaycan alimlərindən bu dastanda çayların və bulaqların niyə qırmızı, dağların qara təsir olunduğunu soruşub. K. Abdulla diplomatın sualını belə cavablandırdı: “Azərbaycanın suları indi də qırmızı axır, çayların, bulaqların rəngi indi də qanlıdır. Bu Dağlıq Qarabağda şəhid olanların qanıdır. Qara dağlar isə böyük mənasını daşıyır. Bunlar bir metaforadır”.

Milli Elmlər Akademiyasının elmi katibi Sərxan Abbas oğlu bu layihəni Şərq və Qərb mədəniyyətlərinin qovşağı adlandırıb. Təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, bu dastanlar Azərbaycan və alman xalqlarının kimliyini göstərir. “Kitabi-Dədə Qorqud”u bizim üçün alman xalqı qoruyub, deyən Elmar Qasımov buna görə Drezden kitabxanasının kollektivinə minnətdarlığını bildirib. Yuğ Teatrının rəhbəri Vaqif İbrahimoğlu deyib ki, iki ədəbi abidənin mətnlərində bir çox ortaq strukturlar aşkarlanır. “Savalan” musiqili etnik dəstənin ifasında “Kitabi-Dədə Qorqud”dan parçalar ifa ediblər. V. İbrahimov bildirib ki, bu musiqiçilər gələn il “Nibelunqlar nəğməsi”nə müraciət etməyi düşünürlər. Simpoziumda Almaniyadan gələn 30-a yaxın alim, Azərbaycanın tanınmış alimləri, millət vəkilləri, diplomatları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR