Bank Of Baku

Bakıda “Adriatikdən Çinə artım sağlamlığı toplantıları” başlayıb

Bakıda “Adriatikdən Çinə artım sağlamlığı toplantıları” başlayıb
# 30 sentyabr 2009 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Türkiyənin Yüksəliş İqtisadi və Strateji Araşdırmalar Vəqfi (YİSAV) və Perinatoloji, Endokrinoloji Dərnəyinin təşkilatçılığı ilə Bakıda “Adriatikdən Çinə artım sağlamlığı toplantıları” başlayıb. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan və Türkiyənin tibb mütəxəssisləri iştirak edir.

Türkiyə Səhiyyə Nazirliyinin Ana-uşaq sağlamlığı, ailə planlaması şöbəsinin müdiri Rıfat Kösə “Türkiyədə artım sağlamlığı” mövzusunda çıxış edib. O, ölkəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər və mövcud problemlərlə bağlı iştirakçılara məlumat verib. Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva isə “Azərbaycanda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlər” mövzusunda nitq söyləyib. Analıq və Uşaqlığın mühafizəsi üzrə Dövlət Proqramı barədə iştirakçılara məlumat verən natiq bildirib ki, bu proqramda ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, doğuşa yardım müəssisələrinin dərman preparatları ilə təmin edilməsi və digər məsələlər yer alıb. F. Əliyeva həmçinin “Reproduktiv sağlamlığa dair Milli Strategiya” barədə iştirakçılara məlumat verib. Sonra mövzular ətrafında iştirakçıların verdiyi suallar natiqlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, günün sonuna qədər davam edəcək toplantıda qadın xəstəlikləri, QİÇS-lə mübarizə, göbələk, astma xəstəlikləri və digər mövzularda müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR