Bank Of Baku

Bakıda Neft-kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev Konfransı başlayıb

Bakıda Neft-kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev Konfransı başlayıb
# 30 sentyabr 2009 10:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun 80 illik yubileyinə həsr olunmuş Neft-kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev Konfransı başlayıb. APA-nın məlumatına görə, oktyabrın 2-dək davam edəcək konfransın təşkilatçıları AMEA, ARDNŞ və “bp-Azerbaijan”dır. Konfransda 8 ölkədən neft-kimya sahəsində tanınmış alimlər iştirak edir.

“Neft-kimya XXI əsr” devizi altında keçirilən tədbirin məqsədi neft-kimya və neft emalı sahəsində tədqiqatların perspektiv istiqamətlərinin təyini, bu sahədə beynəlxalq əlaqələrin təşkili, elmi və elmi-texniki nailiyyətlərin müzakirəsidir. Konfransda müzakirə olunacaq əsas mövzulardan biri də neft-kimya ilə bağlı proseslərin ekoloji mühitin sağlamlığına təsiri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR