Bank Of Baku

Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyaya dəvət olunub

Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyaya dəvət olunub
# 30 sentyabr 2009 11:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyanın Azərbaycandakı səfiri Pir Stankinanı qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Şirəliyev səhiyyə və tibb elmi sahəsində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini deyib. Nazir “Təcili təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi” layihəsi üzrə Azərbaycana alman istehsalı olan ambulansların gətirilməsinin, yeni inşa edilən, eləcə də bərpa olunan tibb müəssisələrinin və müalicə-diaqnostika mərkəzlərinin tibbi avadanlıq və rəqəmsal texnologiyalarla təchiz olunmasının, infeksion xəstəliklərə nəzarət və vərəmə qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda İstinad Laboratoriyasının yaradılmasının, əczaçılıq sahəsində əlaqələrin, azərbaycanlı tibb mütəxəssisləri üçün Almaniyanın aparıcı universitet klinikalarında nəzəri-təcrübi kursların təşkilinin əməkdaşlığın sübutu olduğunu söyləyib.

P. Stankina isə Almaniyanın tibb universitetlərində mühazirə aparması üçün bu ölkənin Baden Vüttenberq əyaləti rəhbərliyinin dəvətini O. Şirəliyevə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR