Bank Of Baku

Oqtay Şirəliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib

Oqtay Şirəliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib
# 30 sentyabr 2009 13:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə naziri Oqtay Şirəliyev İsrailin Azərbaycandakı səfiri Mixail Lotem Lotanı qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunub. Müzakirələrdə əsas diqqət kadr hazırlığına yönəlib. Nazir azərbaycanlı mütəxəssislərinin Türkiyə, Almaniya və MDB ölkələrinə olduğu kimi, İsrailə də təcrübə kurslarına göndərilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Səfir isə tibb sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR