Bank Of Baku

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib - FOTO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib - <font color=red>FOTO</font>
# 30 sentyabr 2009 15:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti geniş iclası keçirilib. Komissiyanın İşçi Qrupundan APA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov prezident İlham Əliyevin sərəncamı ilə qurumun tərkibinə təyin edilmiş yeni üzvləri təqdim edib. Bildirilib ki, Dövlət Komissiyasının iclasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri də iştirak edib. E. Mahmudov qeyd edib ki, son iclasdan keçən müddət ərzində Dövlət Komissiyasının beynəlxalq əlaqələri genişlənib, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri güclənib. BQXK-nin təklifi ilə “Ante Mortem Proqramı” üzrə imzalanmış Çərçivə Sazişinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə zəruri işlərin aparıldığı qeyd olunub. Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov isə son iclasdan keçən müddətdəki fəaliyyətlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, BQXK ilə keçirilmiş çoxsaylı görüşlərdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” Çərçivə Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə məsələlər, itkinlərə dair siyahılardakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub. Bu müddətdə əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR