Bank Of Baku

Balakəndə “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı seminar-treninq keçirilib

Balakəndə “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı seminar-treninq keçirilib
# 30 sentyabr 2009 19:17 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakəndə “Müasir Azərbaycan cəmiyyəti, dövlət-din münasibətlərinin tənzimlənməsi: “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununa əlavə və dəyişikliklər” mövzusunda seminar-treninq keçirilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavini Muxtar Muxtarov məlumat verib. O bildirib ki, seminar-treninq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə komitənin şöbə müdirinin müavini Nahid Məmmədov, Şəki-Şirvan zonası üzrə şöbəsinin rəhbəri Nazim Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonda fəaliyyət göstərən 8 dini icmanın nümayəndələri, rayon ziyalıları, idarə və müəssisə rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən Nizami Məmmədov və Nahid Məmmədov mövzu barədə çıxış ediblər. Çıxışlardan sonra seminar-treninq diskussiyalarla sona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR