Bank Of Baku

Gənclər arasında vətənpərvərlik mövzusunda keçirilən müsabiqəyə yekun vurulub

Gənclər arasında vətənpərvərlik mövzusunda keçirilən müsabiqəyə yekun vurulub
# 30 sentyabr 2009 23:53 (UTC +04:00)
Bakı - APA. 2009-cu ilin sentyabr ayında gənclər arasında vətənpərvərlik mövzusunda bədii-publisistik əsərlərin müsabiqəsi keçirilib. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın müvafiq bəndinin icrasının təmin edilməsi məqsədilə 2009-cu il avqust-sentyabr ayları ərzində Münsiflər Heyətinin üzvləri tərəfindən Vətənpərvərlik mövzusunda yazılmış bədii-publisistik əsərlərin müsabiqəsinə təqdim olunan 41 əsər, məqalə ayrı-ayrılıqda və birgə təhlil edilib. Müsabiqənin əsasnaməsinin şərtləri nəzərə alınmaqla 3 (üç) əsər, məqalə müvafiq olaraq I, II və III yerlərə layiq görülüb. Onlar aşağıdakılardır:

I yer - “Ən böyük azərbaycanlı” – Hüseynova Lamiyə Ağasəlim qızı, Yasamal rayonu;

II yer – “Divardan şəkil boylanır” – Məmmədova Aytac Adil qızı, Göyçay rayonu;

III yer – Gündəliyimdən bir səhifə” – Ağayeva Məhsəti Musa qızı, Ağcabədi rayonu.

Mükafatı qaliblərə Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayev təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR