Bank Of Baku

Şüvəlan çimərliyində ekoloji aksiya keçirilib - FOTO

Şüvəlan çimərliyində ekoloji aksiya keçirilib - <font color=red>FOTO</font>
# 01 oktyabr 2009 08:05 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 30-da İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin və “Eko-Sfera” Sosial Ekoloji Mərkəzinin təşkilatçılığı ilə Şüvəlan dəniz çimərliyində “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” aksiyası keçirilib. İİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 50-yə yaxın məktəblinin iştirak etdiyi aksiyada sahil zolağı məişət tullantılarından təmizlənib.

Aksiya çərçivəsində həmçinin “Təmiz Şəhər” ASC-nin nümayəndələri tərəfindən məktəblilərə ekologiya və tullantıların idarə edilməsi ilə bağlı məlumatlar verilib, onlar arasında ekoloji-maarifləndirici oyun təşkil edilib. Oyunda iştirak edən məktəblilərə “Təmiz Şəhər” ASC tərəfindən hədiyyələr təqdim olunub. Bu cür aksiyaların gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, 1978-ci ildən hər il sentyabrın sonuncu həftəsi bütün dünyada, həmçinin Azərbaycanda Beynəlxalq Dəniz Həftəsi kimi qeyd edilir. Əsas məqsədi ictimaiyyətin diqqətini dəniz və onun bioresurslarının qorunmasına yönəltmək olan “Xəzər həftəsi” çərçivəsində vətəndaşların, yerli icra hakimiyyəti orqanlarının, təhsil müəssisələrinin və digər qurumların nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR