Bank Of Baku

Sel və daşqınlar bir neçə məktəbi yarasız vəziyyət salıb

Sel və daşqınlar bir neçə məktəbi yarasız vəziyyət salıb
# 01 oktyabr 2009 08:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ölkə ərazisində son günlər baş verən sel və daşqınlar Masallı və Lənkəranın bir neçə məktəbinə də ziyan vurub. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar.

M. Mərdanov bütün təhsil müəssisələrində dərslərin davam etməsi üçün lazımi şəraitin yaradılacağını deyib: “Tamamilə yararsız vəziyyətə düşən orta məktəblərin isə müvəqqəti olaraq başqa yerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Həmin şagirdlər üçün yeni məktəblər tikiləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR