Bank Of Baku

Azərbaycan Texniki Universitetinin kafedralarında vakant vəzifələr üzrə müsabiqə elan edilib

Azərbaycan Texniki Universitetinin kafedralarında vakant vəzifələr üzrə müsabiqə elan edilib
# 01 oktyabr 2009 09:05 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin kafedralarında müəyyən vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Tender komissiyasından “APA-Economics”ə verilən məlumata görə, tender çərçivəsində aşağıdakı vəzifələr üzrə müsabiqə keçirilir:

Elektronika - kafedra müdiri, baş müəllim (1 yer), daxiliyanma mühərrikləri və avtotraktorlar - dosent (2 yer), avtomobil daşımaları və YHT - dosent (1 yer), elektrotexnika və elektrik avadanlığı - dosent (2 yer), baş müəllim (1 yer), konstruksiya və KMT - dosent (1 yer), metallurgiya və metalşünaslıq - baş müəllim (1 yer), tökmə və qaynaq istehsalı - dosent (1 yer), sənaye ekologiyası və HFT - baş müəllim (1 yer), avtomatika və idarəetmə - baş müəllim (1 yer), kompüter sistemləri və şəbəkələri - dosent (1 yer), telekommunikasiya şəbəkələri və texnologiyaları - dosent (1 yer), baş müəllim (1 yer), elektrik təchizatı və izolyasiyası - dosent (1 yer), metrologiya və standartlaşdırma - professor (1 yer), maşın və mexanizmlər nəzəriyyəsi - baş müəllim (1 yer), texnoloji komplekslər və xüsusi texnika - baş müəllim (1 yer), elektron aparatlarının konstruksiya edilməsi - baş müəllim (1 yer), fizika - professor (1 yer), baş müəllim – (2 yer), metalkəsən dəzgahlar və alətlər - baş müəllim (1 yer), rus dili və pedaqogika - müəllim (1 yer), xarici dillər - müəllim (3 yer).

Müsabiqədə iştirak etmək üçün sənədlər Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 3 gün müddətində qəbul edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR