Bank Of Baku

Təhsil Nazirliyində Azərbaycan hökuməti ilə Dünya Bankı arasında maliyyələşdirmə sazişi imzalanıb

Təhsil Nazirliyində Azərbaycan hökuməti ilə Dünya Bankı arasında maliyyələşdirmə sazişi imzalanıb
# 01 oktyabr 2009 09:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Təhsil Nazirliyində Azərbaycan hökuməti ilə Dünya Bankı arasında maliyyələşdirmə sazişi imzalanıb. APA-nın məlumatına görə, saziş “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına 8 milyon ABŞ dolları ekvivalentində Beynəlxalq İnkişaf Assosiasiyası kreditinin ayrılmasını nəzərdə tutur. Maliyyələşdirmə sazişi təhsil naziri Misir Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələm tərəfindən imzalanıb.

İmzalanma mərasimində çıxış edən M. Mərdanov bildirib ki, layihənin ümumi dəyəri 10 milyon ABŞ dolları təşkil edir. Onun 8 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyası, 2 milyon dolları isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək. Nazirin sözlərinə görə, layihənin əsas məqsədi prioritet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətinin və səmərəliliyinin artırılmasından ibarətdir. 2010-2013-cü illəri əhatə edəcək layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, yol, su təchizatı və kanalizasiya sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR