Bank Of Baku

Azərbaycanda pensiyaçıların 28%-ni ahıl vətəndaşlar təşkil edir

Azərbaycanda pensiyaçıların 28%-ni ahıl vətəndaşlar təşkil edir
# 01 oktyabr 2009 09:23 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Azərbaycanda 70 yaşına çatmış vətəndaşlar, habelə ölkədə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər “Ahıllara sosial xidmət haqqında” qanuna əsasən ahıl sayılır.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin “APA-Economics”ə verdiyi məlumata görə, bu gün ölkə üzrə pensiyaçıların 28%-ni ahıl vətəndaşlar təşkil edir. Belə ki, hazırda 70 yaşdan yuxarı 365 min 467 nəfər əmək pensiyası alır.

Dövlət qayğısı nəticəsində digər pensiyaçılar kimi, ahılların da problemləri həmişə diqqət mərkəzindədir. Onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla (plastik kartlarla bankomatlardan və ya POS-terminallardan) ödənilməsi üçün bütün imkanlardan istifadə edilir.

Yaxın perspektivdə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq bu məsələlərin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR