Bank Of Baku

Kür çayında suyun bulanıqlıq həddi normanı bir neçə dəfə üstələyib

Kür çayında suyun bulanıqlıq həddi normanı bir neçə dəfə üstələyib
# 01 oktyabr 2009 09:31 (UTC +04:00)
Şirvan. Әlibәy Zeynallı-APA. Kür çayında suyun bulanıqlıq həddi normadan bir neçə dəfə çoxdur. Bu barәdә APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Su kanalizasiya idarəsinin laboratoriya müdiri Ulduz Süleymanov məlumat verib. Onun bildiridiyinə görə, ötən gün Kür çayında gecə suyun bulanıqlıq (asılı maddələr) həddi 83000 Mq/Litr, gündüz isə 55000 Mq/Litr olub. Çayın suyunu durultmaq üçün maksimum hədd 20000 Mq/Litr civarında olduğundan, hal-hazırda Kür çayının suyunu durultmaq çətinləşib. Bu səbəbdən Mil-Muğan bölgəsində sahil boyu rayonlara, o, cümlədən Şirvan şəhərinə suyun verilməsində fasilələr və məhdudiyyətlər yaranıb.
Qeyd edək ki, son 10 gün ərzində aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi 1,1 metr qalxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR