Bank Of Baku

Hava şəraiti meteohəssas Bakı sakinlərində narahatlıq yaradacaq

Hava şəraiti meteohəssas Bakı sakinlərində narahatlıq yaradacaq
# 01 oktyabr 2009 10:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir.
Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək, arabir küləyin sürəti 18-23 m/s-dək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 21-24, axşam 15-17 dərəcə isti olacaq.

Oktyabrın 2-də yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək, gündüz cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-15, gündüz 20-23 dərəcə isti olacaq.

Oktyabrın 3-də hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 14-17, gündüz 22-25 dərəcə isti olacaq.

Oktyabrın 4-də hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-qərb küləyinə keçəcək. Gecə 16-19, gündüz 24-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 2-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz, əsasən, yağmursuz olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

Oktyabrın 3-4-də hava, əsasən, yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 12-17, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 1-də axşam Abşeron yarımadasında atmosfer təzyiqinin qalxması fonunda arabir güclənən xəzri küləyinin oktyabrın 2-də gündüz, oktyabrın 3-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR