Bank Of Baku

Respublika Baş Prokurorluğu Təhsil Nazirliyinə daxil olan şikayətləri nazirliklə birgə araşdırır

Respublika Baş Prokurorluğu Təhsil Nazirliyinə daxil olan şikayətləri nazirliklə birgə araşdırır
# 01 oktyabr 2009 10:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. “Respublika Baş Prokurorluğu Təhsil Nazirliyinin qaynar xəttinə daxil olan şikayətləri nazirliklə birgə araşdırır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib: “Təhsil Nazirliyinin rəhbərliyi bəzi neqativ hallara qarşı mübarizədə Respublika Prokurorluğu ilə çox geniş əməkdaşlıq edir. Üç ay bundan əvvəl Təhsil Nazirliyinin qaynar xəttinə daxil olan məlumatların birgə araşdırılmasını həyata keçirdik. Mövcud olan nöqsanların aradan qaldırılması üçün birgə geniş iclas da təşkil etdik. Goranboy rayon Təhsil Şöbəsində müəyyən edilən faktlarla bağlı isə biz ictimaiyyətə geniş məlumat vermişik. Bu faktların aşkarlanmasında da Təhsil Nazirliyinin mütəxissləri bizə lazımı köməklik göstəriblər”.

Z. Qaralov təhsil müəssisələrində, eləcə də digər yerlərdə həyata keçirilən yoxlamaların prezident İlham Əliyevin 22 iyun 2009-cu il tarixli sərəncamına uyğun olaraq həyata keçirildiyini bildirib: “Sərəncama uyğun olaraq, istənilən vəzifəli şəxsin qanunsuz hərəkəti haqqında prokurorluğa rəsmi müraciət daxil olarsa, o müraciətlər tərəfimizdən araşdırılacaq. Bu həm təhsil sahəsində, həmdə digər sahələrdə ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR