Bank Of Baku

Bakı Siyasi Biliklər Proqramına qəbul aparılır

Bakı Siyasi Biliklər Proqramına qəbul aparılır
# 01 oktyabr 2009 11:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının Siyasi Biliklər Məktəbləri Şəbəkəsinə daxil olan Bakı Siyasi Biliklər Proqramına qəbul aparılır. Avropa Şurasının Bakıdakı İnformasiya Ofisindən APA-ya daxil olan məlumata görə, proqrama cinsi bərabərlik əsasında 28-35 yaşlı 35-40 Azərbaycan vətəndaşı qəbul ediləcək. Onlar aşağıdakı 4 sahədən azı birini təmsil etməlidir: hökumət/siyasət, biznes, mülki cəmiyyət və media. Parlament və ya bələdiyyə seçkilərində namizəd olanlara seçim zamanı üstünlük veriləcək.
Azərbaycanda həftə sonlarında keçiriləcək bir neçə günlük seminardan sonra 30-35 iştirakçı 2010-cu ilin yayında Strasburqda Avropa Şurasının 5-ci Yay Universitetinə qatılacaq. Proqramı bitirənlərə AŞ baş katibinin imzası ilə sertifikat verilir. Ölkə daxilindəki seminarlar üçün Azərbaycan dilini mükəmməl bilmək vacibdir. Yay Universitetində işçi dillər rus, ingilis və fransız dilləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR