Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardımların ödənilməsi prosesi yaxın bir aya bərpa olunacaq

Azərbaycanda ünvanlı sosial yardımların ödənilməsi prosesi yaxın bir aya bərpa olunacaq
# 01 oktyabr 2009 12:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda əhaliyə ünvanlı sosial yardımların verilməsi noyabr-dekabr ayında bərpa olunacaq. Bu barədə «APA-Economics»ə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

H.Rəcəblinin sözlərinə görə, hazırda ünvanlı sosial yardımların verilməsi ilə bağlı texniki problemlər var. Bu problemlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kompüter şəbəkəsinin yaradılması və sistemləşmə ilə bağlıdır: «Ünvanlı sosial yardımların verilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub və burada heç bir maliyyə çətinliyi yoxdur. Sadəcə olaraq texniki problemlərlə əlaqədar bu iş bir qədər ləngiyir. Amma noyabr-dekabr aylarında əvvəlki ayların da vəsaiti olmaqla yardımlar tam şəkildə veriləcək».

H.Rəcəbli onu da vurğulayıb ki, növbəti ildə yaşayış minimumu, pensiyaların baza hissələri, habelə ünvanlı sosial yardımın məbləğinin artımı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR