Bank Of Baku

Bakıda Almaniya universitetlərinin Təhsil Yarmarkası keçirilib

Bakıda  Almaniya universitetlərinin Təhsil Yarmarkası keçirilib
# 01 oktyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Almaniya universitetlərinin Təhsil Yarmarkası keçirilib. APA-nın məlumatına görə, Təhsil Nazirliyi, Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı, Almaniyanın Azərbaycandakı, Azərbaycanın Almaniyadakı səfirlikləri tərəfindən təşkil olunan tədbirdə Almaniyanın 22 universitetindən 30 qonaq iştirak edib.

Açılışda çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarını Almaniya universitetləri ilə yaxından tanış etmək və əlaqələri genişləndirməkdən ibarətdir: “DAAD təşkilatının 1992-ci ildən Azərbaycanda həyata keçirdiyi layihələr nəticəsində 1000-dən artıq Azərbaycan vətəndaşı Almaniyada təhsil alaraq ölkəyə qayıdıb. Almaniyada təhsil alan gənclərimizin sayı digər xarici ölkələrə nisbətən daha çoxdur. Yaxın illərdə bu say daha da artacaq”.

Almaniyanın Azərbaycandakı səfiri Per Stankina isə deyib ki, ölkəsi istedadlı gənclərin qarşılıqlı surətdə Almaniya və Azərbaycanda təhsil almasının tərəfdarıdır: “Hər iki ölkə tələbə mübadiləsi və elmi mübadilə yolu ilə həyata keçirilən bu layihələrdən qazanc əldə edir”. Səfir onu da xatırladıb ki, Almaniyada təhsil haqları digər Avropa ölkələrinə nisbətən daha ucuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR