Bank Of Baku

Şəki rayonuna təbii qazın verilişi üç gündür dayandırılıb

Şəki rayonuna təbii qazın verilişi üç gündür dayandırılıb
# 01 oktyabr 2009 19:15 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonu artıq üç gündür təbii qazsız qalıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon sakinləri məlumat verib.

Rayona təbii qazın verilməsi 28 sentyabr tarixindən xəbərdarlıq edilmədən kəsilib və bu günə qədər mavi yanacağın verilməsi bərpa edilməyib. Şəki Qaz İstismarı İdarəsindən APA-ya verilən açıqlamada rayona artıq üçüncü gündür mavi yanacağın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb olaraq rayonda aparılan təmir işləri və rayon mərkəzindəki ümumtəhsil məktəblərinə qarşıdan gələn qış mövsümü üçün təbii qaz xətlərinin çəkilməsi göstərilir. Təmir və yeni çəkiliş xətləri başa çatdırdan sonra rayona yenidən mavi yanacağın verilməsi bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR