Bank Of Baku

Zaqatalanın Yengiyan kəndində Mədəniyyət Evi istifadəyə verilib

Zaqatalanın Yengiyan kəndində Mədəniyyət Evi istifadəyə verilib
# 01 oktyabr 2009 21:08 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalanın Yengiyan kəndində Mədəniyyət Evi istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Məlumata görə, 1954-cü ildə tikilib istifadəyə verilən Yengiyan kənd Mədəniyyət Evi son illər yararsız vəziyyətə düşüb. Rayonun daxili imkanları hesabına yenidən bərpa edilən və müasir avadanlıqlarla təchiz olunan, 200 yerlik Yengiyan kənd Mədəniyyət Evi bu gün Yengiyan kənd sakinlərinin istifadəsinə verilib. Mədəniyyət evində kitabxana və tarix diyarşünaslıq muzeyi də fəaliyyətə başlayıb.

Yengiyan kənd Mədəniyyət Evinin yenidən istifadəyə verilməsi münasibəti ilə keçirilən mərasimdə RİH başçısı Mübariz Əhmədzadə, müvafiq idarələrin nümayəndələri və Yengiyan kənd sakinləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR