Bank Of Baku

Naxçıvanda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Naxçıvanda avtomobillərin hərəkəti məhdudlaşdırılıb
# 02 oktyabr 2009 06:56 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Türkdilli dövlətlərin prezidentlərinin bu gün başlayacaq zirvə toplantısına görə Naxçıvan şəhərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. APA-nın yerli bürosunun xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi bununla əlaqədar olaraq məlumat yayıb. Məlumatda qeyd olunub ki, Naxçıvanda keçiriləcək tədbirlə əlaqədar olaraq Naxçıvan şəhərində yaşayan və avtomobilləri olan vətəndaşlar oktyabrın 2-si və 3-ü avtomobillərindən istifadə etməməlidirlər.
Həmçinin həmin günlərdə Naxçıvan Muxtar Respublikasının rayonlarından Naxçıvan şəhərinə və əks istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR