Bank Of Baku

Zaqatalada “Sığınacaq məsələlərinə dair dövlət nümayəndələrinə regional təlim” mövzusunda seminar-treninq keçirilib

Zaqatalada “Sığınacaq məsələlərinə dair dövlət nümayəndələrinə regional təlim” mövzusunda seminar-treninq keçirilib
# 02 oktyabr 2009 07:05 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığı Zaqatalada regional seminar-treninq keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, “Sığınacaq məsələlərinə dair dövlət nümayəndələrinə regional təlim” mövzusunda keçirilən seminar-treninqdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquq şöbəsinin baş məsləhətçisi Zaur Nağıyev, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Sənan Hacıyev, Müstəqil Elmi Praktiki Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının hüquq-mühafizə orqanlarının işçiləri, Şəki və Zaqatala sərhəd dəstəsinin rəhbər zabitləri iştirak edib. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaradılması və sığınacaq məsələlərinə dair qanunvericilikdə baş vermiş son dəyişiklər barədə seminar iştirakçılarına ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR