Bank Of Baku

BMT-nin baş katibi: “Hər il təxminən 150 milyon qadın və qız zorakılığın qurbanına çevrilir”

BMT-nin baş katibi: “Hər il təxminən 150 milyon qadın və qız zorakılığın qurbanına çevrilir”
# 02 oktyabr 2009 08:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. BMT-nin baş katibi Pan Gi Mün Beynəlxalq Qeyri-Zorakılıq Günü ilə bağlı müraciətlə çıxış edib. BMT-nin Bakıdakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd olunub ki, hər il qeyd olunan bu əlamətdar gün, Mahatma Qandinin xatirəsinə həsr olunub: “Biz, dünyanı kütləvi qırğın silahlarından azad etmək üçün mübarizə aparırıq. Bizim yeni “Biz Tərksilah Olmalıyıq” – adlı kampaniyamız, kütləvi qırğın silahlarına xərclənən külli miqdarda vəsaitlər haqqında məlumatın artırılması məqsədi güdür. Qeyri-zorakılığa çağırış ancaq kütləvi qırğın silahlarına qarşı tətbiq edilməməlidir. BMT və onun tərəfdaşları insanlığın planetimizə qarşı işlətdiyi zorakılığı aradan qaldırmaq üçün uzun müddətli kampaniya keçiriblər. Qadınlara və qızlara qarşı törədilən qorxunc zorakılıqlar da bizim diqqət mərkəzimizdə olmalıdır”.
Baş katib deyib ki, hər il təxminən 150 milyon qadın və qız zorakılığın qurbanına çevrilir. Həmçinin cinsi zorakılıq da bir müharibə silahı kimi geniş yayılıb: “Seksual zorakılıq qurbanlarının HIV/AIDS də daxil olmaqla yoluxucu xəstəliklərdən əziyyət çəkməkləri tez-tez baş verir. Mən bütün müttəfiqləri qadınlara qarşı zorakılığa son qoymaq məqsədi ilə, əsas qayəsi bu problem barəsində məlumat verən və maliyyə vəsaiti ayıraraq dünyanın bütün hissələrində ona qarşı mübarizə aparmaq üçün başladılan kampaniyaya (UNiTE) qoşulmağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR