Bank Of Baku

“Azərbaycan və Almaniya universitetləri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər” mövzusunda konfrans keçirilib

“Azərbaycan və Almaniya universitetləri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər” mövzusunda konfrans keçirilib
# 02 oktyabr 2009 09:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan-Almaniya Ali Təhsil Günləri çərçivəsində “Azərbaycan və Almaniya universitetləri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Təhsil Nazirliyi və Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı tərəfindən təşkil olunan konfransda Azərbaycanın ali məktəb rektorları və Almaniyanın 20-dən artıq universitetinin nümayəndələri iştirak ediblər. Konfransın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanla Almaniya arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində əməkdaşlıq əlaqələri mövcuddur: “Lakin bu potensialı daha da gücləndirmək lazımdır. Bu konfrans təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda ilk belə konfransdır. Konfransın nəticəsi olaraq tələbə mübadilə genişlənəcək, alimlər arasında elmi mübadilələr aparmaq üçün şərait yaradılacaq, ali məktəb rektorları Almaniyadakı həmkarları ilə birbaşa əlaqə imkanı qazanacaqlar”. Nazir bildirib ki, Azərbaycandan Almaniyada oxuyan tələbələrin sayı ilbəil artır. Təkcə dövlət proqramı çərçivəsində hazırda 74 azərbaycanlı gənc Almaniyanın müxtəlif ali məktəblərində təhsil alır. Gələn il bu say daha da artırılacaq. M. Mərdanovun sözlərinə görə, azərbaycanlı tələbələr Almaniyada daha çox ehtiyac duyulan iqtisadiyyat, maliyyə, tibb və kənd təsərrüfatı sahələrində təhsil alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR