Bank Of Baku

Azərbaycanda yeni seysmik stansiyalar qurulur

Azərbaycanda yeni seysmik stansiyalar qurulur
# 02 oktyabr 2009 13:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Azərbaycanda Seysmik Monitorinq Sisteminə daxil olan stansiyaların sayı 30-a çatdırılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib. Onun sözlərinə görə, bununla da, Azərbaycan ərazisində yerdaxili seysmik prosesləri daha dəqiqliklə izləmək mümkün olacaq.

Q. Yetirmişli deyib ki, artıq Altıağac seysmik stansiyası işə salınıb. Gələn həftə isə Kürdəmir və Zaqatala seysmik stansiyaları işə salınacaq. Bununla da, ölkə ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 17-yə çatacaq. İlin sonuna qədər isə fəaliyyət göstərən stansiyaların sayının 21-ə çatdırılması nəzərdə tutulur. Q. Yetirmişli bildirib ki, işğal altında olan Azərbaycan əraziləri azad edildikdən sonra bu bölgələrdə 7-8 seysmik stansiyanın quraşdırılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR