Bank Of Baku

Masallıda təbii fəlakətin nəticələri aradan qaldırılır

Masallıda təbii fəlakətin nəticələri aradan qaldırılır
# 02 oktyabr 2009 14:01 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallıda təbii fəlakət nəticəsində evləri və həyətyanı torpaq sahələri sel suları altında qalmış sakinlərə yardımların verilməsi prosesinə başlanıb. Bu barədə məlumatı APA-nın cənub bürosuna Masallı rayon fövqəladə hallar komissiyasının sədri Nadir Abıyev verib. Onun sözlərinə görə, sentyabarın 28-dən 29-na keçən gecə rayonda leysan yağışların yaratdığı fəsadlar demək olar ki, aradan qaldırılıb. Daha çox ziyan çəkən yaşayış məntəqələrindən 7 min əhalisi olan Mahmudavar kəndində 120 ev sel sularının altında qalıb, 3 ev isə qəza vəziyyətinə düşüb. Güclü sel kənd sakinlərinin 262 baş ev quşunu, 3 baş iri buynuzlu mal - qarasını, 3 min ədəd ot bağlamasını və 7 ton taxılıı yuyub aparıb. Rayonun Boradigah ərazi vahidliyinə daxil olan 600 ev sel suları altında qalıb, onlardan 10-u uçub, 50 hektar taxıl sahəsini isə su basıb. Evləri qəza vəziyyətinə düşən sakinlərin bir qismi qohumlarının evlərinə köçürülüb, digərləri isə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən göndərilmiş çadırlarda yerləşdirilib. FHN ilə yerli qurumların qəza briqadalarının birgə səyləri ilə yaşayış evlərinin sel sularından təmizlənməsi başa çatdırılıb, rayonun bütün kəndlərinə elektrik enerjisinin verilişi bərpa olunub. N.Abiyevin sözlərinə görə, təbii fəlakətdən daha çox ziyan çəkmiş sakinlərə dövlət tərəfindən ayrılmış ərzaq yardımlarının paylanmasına başlanıb. İlkin olaraq 250 ailə ümumilikdə 3 ton un, 1 ton düyü, 1 ton qənd, 0,5 ton kərə yağı, 0,5 ton toyuq, 200 kq quru çay və digər nov ərzaq məhsulları ilə təmin olunub.
Hazırda rayonun müvafiq qurumları tərəfindən təbii fəlakətin vurduğu ziyanın məbləği hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR